Ölkə

Bakıda dəhşətli qətl - Ata 2 yaşlı övladının başını kəsdi

5 Avqust 2020 17:37
Baxış: 7 565
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün Bakıda dəhşətli qətl törədilib.

Milli.Az xəbər verir ki, Səbail rayonu, 20-ci sahə yaşayış massivi Şahlar Allahverdiyev küçəsi 67 ünvanında 1970-ci il təvəllüdlü Xazıyev Emil Mamedoviç bıçaqla doğma oğlu, 2018-ci ildə anadan olan Şabanov Ömər Emiloviçin başını kəsib.

Boğaz nahiyəsindən ağır xəsarətlər alan uşaq qanaxma nəticəsində hadisə yerində ölüb. Hadisəni törədən şəxs daha sonra bıçağı öz boğazına soxub. O, ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib, araşdırma aparılır.

Xəstəxanaya yerləşdirilən 50 yaşlı E.Xazıyev nəzarətə götürülüb./Publika.az

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.