Ölkə

TƏBİB məlumat yaydı: Koronavirus testlərinin çatışmazlığı...

4 Avqust 2020 15:40
Baxış: 1 753
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda COVİD-19 virusunun müəyyən edilməsi üçün istifadə edilən testlərin çatışmazlığı barədə yayılan məlumatlara münasibət bildirib.

Milli.Az xəbər verir ki, TƏBİB-in mətbuat xidmətinin rəhbəri Rəvanə Əliyeva Trend-ə bildirib ki, ölkədə test çatışmazlığı yoxdur. Testlərin götürülməsinə məsul olan qurumlara kifayət qədər test təqdim edilir.

Qeyd edək ki, sosial şəbəkədə bəzi poliklinikaların COVİD-19-a yoluxmada şübhəli xəstələr tərəfindən edilən çağırışlara getmədiyi və buna səbəb kimi testin olmadığı bildirilir.

Hazırda Bakıda COVİD-19 virusuna yoluxmada şübhəli bilinən xəstələrdən test analizləri yerli poliklinikalar tərəfindən götürülür. Pandemiya ilə əlaqədar poliklinikaların işinə nəzarət etmək səlahiyyəti Səhiyyə Nazirliyinə həvalə edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.