Azərbaycanda gənc vəfat edib.
Milli.Az azxeber.com-a istinadən xəbər verir ki, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) tələbəsi olmuş Mikayıl Əzizov pnevmoniya xəstəliyi səbəbindən 1 saylı Kliniki Tibbi Mərkəzdə ("Semaşko" xəstəxanasında) vəfat edib.
O, bu il universitetdə magistr pilləsi üzrə təhsilini yüksək göstəricilərlə başa vurub.
Ailənin tək övladı olub.
Milli.Az