Ölkə

Azərbaycanda restoranda vəhşi heyvanlar saxlayan sahibkardan AÇIQLAMA - FOTO

22 İyul 2020 18:13
Baxış: 1 583
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ağstafa rayonunda, "Yaşıl Göl" restoranında qəfəsdə saxlanılan vəhşi heyvanlar Altıağac Milli Parkının nəzdindəki Vəhşi Təbiətin Reabilitasiya Mərkəzinə aparılıb.

Milli.Az xəbər verir ki, bunu oxu.az-a açıqlamasında restoranın sahibi Söhrab Rəsulov bildirib.

Onun sözlərinə görə, heyvanlar ovçular tərəfindən onlara verilib:

"Məcburi gətirməmişik. Bizə ovçular gətirən zaman yetim olublar. Böyütmüşük. İndi isə təhvil verilib".

O qeyd edib ki, meymunlar restoranda saxlanılıb.

Qeyd edək ki, sosial şəbəkədə "Yaşıl Göl" restoranında vəhşi heyvanların qəfəsdə saxlanılması ilə bağlı məlumat yayılıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən yerində araşdırılıb. Restoranda iki ayı, iki canavar və iki meymunun qəfəsdə saxlanıldığına görə akt tərtib olunub.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.