Ölkə

Azərbaycanda yeraltı su ehtiyatının olduğu ərazilər açıqlandı

17 İyul 2020 12:48
Baxış: 2 397
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ölkənin su ehtiyatlarının 75 faizindən çoxu digər ölkələrdə formalaşır, sonra Azərbaycana gəlir. Bu mənada hazırda istifadə etdiyimiz suyun miqdarı ərazimizdə formalaşan su ehtiyatlarından 2 dəfə çoxdur. Bu da onu göstərir ki, yerli su ehtiyatları ilə özümüzü su ilə təmin etməyimiz ciddi  problemdir.

Milli.Az xəbər verir ki, bunu APA-ya açıqlamasında Coğrafiya İnstitutunun Landşaftşünaslıq və landşaft planlaşdırılması şöbəsinin müdiri, coğrafiya üzrə fəlsəfə doktoru Mirnuh İsmayılov deyib.

Onun sözlərinə görə, Azərbaycanın Qanıx-Əyriçay vadisi, Qusar maili düzənliyi, Lənkəran ovalığı,  Qarabağ düzündə kifayət qədər yeraltı şirin su ehtiyatları var: "Amma bu yeraltı su ehtiyatlarının heç də hamısı istifadə üçün yararlı deyil. Şirin su kimi istifadə imkanı olanlardan istifadə olunmalıdır. Yeraltı su ehtiyatlarından istifadə edərkən ekoloji balans, yeraltı suya daxil olan, yeraltı sudan götürülən  suyun miqdarı düzgün hesablanmalı, bundan ötrü də ciddi elmi tədqiqatlar aparılmalıdır. Kür dağarası çökəkliyində  aparılan tədqiqatlar göstərir ki, Aran rayonlarımızın şirin su və suvarma suyuna olan ehtiyacları ciddi problem olaraq qalır.  Bu məsələnin həlli üçün  dövlət tərəfindən kifayət qədər  dəstək göstərilib. Amma ayrılan vəsaitlərin istifadəsində olan problemlər bu məsələni kifayət qədər  həll etməyə imkan verməyib. Bəzi rayonlarda yeraltı sulardan istifadə üçün geniş imkanlar hələ də var.  Məsələn, Qusar maili düzənliyi ərazisində çox dərinlikdə olduqca zəngin su ehtiyatları var. Bu su ehtiyatlarının qidalanmasında Qusar maili düzənliyindən axan çayların  çox böyük əhəmiyyəti var. Həmin çaylar daim bu yeraltı suların təzələnməsində, onların ekoloji cəhətdən sağlamlığının qorunmasında böyük rol oynayır".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.