Ölkə

Karantin rejimi uzadılsa, Bakı metrosu açılacaq? - Rəsmi cavab

17 İyul 2020 10:14
Baxış: 6 397
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycan Prezidentinin köməkçisi, Nazirlər Kabineti yanında Operativ Qərargahın üzvü Şahmar Mövsümov Azərbaycanda sərt karantin rejiminin daha 2 həftə uzadılacağı ilə bağlı müzakirələrin aparıldığını açıqlayıb.

Vətəndaşları daha çox düşündürən isə sərt karantin günlərində "Bakı Metropoliteni" QSC-nin fəaliyyətinin bərpa olunub-olunmayacağıdır.

Milli.Az xəbər verir ki, məsələ ilə bağlı "Bakı Metropoliteni" QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov modern.az-ın sorğusuna cavab olaraq bildirib ki, bütün qərarlar Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən verilir:

"Amma Bakı metrosu sərişinlərə xidmət üçün hər an hazırdır. Metropoliten 20 iyul səhər saat 6:00-da xidmət üçün hazırdır. Amma qərar necə olacaq, sərt karantin rejimi uzadılacaqmı, detallar necə olacaq, metro ilə bağlı hansı qərar veriləcək, bu, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən elan olunacaq".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.