Ölkə

XİN: Mülki əhali arasında itki yoxdur

13 İyul 2020 16:38
Baxış: 703
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Dünən Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribat nəticəsində 4 hərbçimiz şəhid olub, mülki əhali arasında itki yoxdur".

Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva deyib.

O bildirib ki, Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində baş vermiş təxribatla bağlı məlumatlar diplomatik korpusun diqqətinə çatdırılıb.

"İşğalçı Ermənistan tərəfindən zaman-zaman atəşkəs pozulurdu. Baxmayaraq ki, son müddət ərzində müəyyən nisbi sakitlik müşahidə olunurdu. Ancaq dünənki hadisənin iki əsas fərqləndirici cəhəti var. Birinci, təxribat məhz iki ölkənin dövlət sərhədində baş verib. İkinci isə çox nadir hallarda dövlət sərhədində baş verən təxribatlar zamanı bu cür artilleriya atəşindən və iriçaplı silahlardan istifadə olunur. Dünən baş vermiş təxribatda məhz bu cür silahlardan istifadə olunub", - deyə XİN rəsmisi vurğulayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.