Ölkə

Bakıda yaradılan COVİD məntəqələrinə gün ərzində 700-800 müraciət edilir - Nadir Zeynalov

10 İyul 2020 17:41
Baxış: 1 092
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda yaradılan COVİD məntəqələrinə gün ərzində 700-800 müraciət edilir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində Səhiyyə Nazirliyinin Aparat rəhbəri Nadir Zeynalov deyib.

Onun sözlərinə görə, təcili yardım xidmətinin üzərinə düşən yükün azaldılması üçün təqribən 2 həftə əvvəl COVİD xəstələrinin ev şəraitində müalicəsi məsələsinə baxılııb.

Nazirlik rəsmisi əlavə edib ki, hazırda Bakıda 89 poliklinika əsasında 39 COVİD məntəqəsi yaradilib: "Bu məntəqələrə gün ərzində 700-800 müraciət edilir. Əvvəl bu çağırışların əksəriyyəti təcili yardımın üzərinə düşürdü, indi isə bu yük bir qədər azaldılıb. Düşünürəm ki, müəyyən müddətdən sonra təcili yardımla bağlı çağırışlarda gecikmələrlə üzləməyəcəyik".

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.