Ölkə

Bakıya qanunsuz sərnişin daşıyan taksi sürücüləri həbs edilib

9 İyul 2020 16:09
Baxış: 1 615
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakıya rayonlardan qanunsuz sərnişin daşıyan taksi sürücüləri həbs edilib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, taksi fəaliyyəti ilə məşğul olan Ağdaş rayon sakini Nicat Hüseynov və Qəbələ rayon sakini Əziz Ağakişiyev qanunsuz yolla sərnişinləri Bakıdan rayonlara, rayonlardan Bakıya daşıyıblar.

Dövlət Yol Polisi İdarəsinin və Abşeron rayon Polis İdarəsinin Qobu Polis Bölməsi əməkdaşları tərəfindən hər iki taksi sürücüsü saxlanılıb.

Onlar barəsində toplanan materiallar Abşeron rayon Məhkəməsinə göndərilib.

Hər iki şəxsə inzibati qaydada 15 sutka həbs cəzası verilib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.