Ölkə

Bakı metropoliteni pandemiya dövründə sərnişin sayındakı kəskin azalmanı açıqladı

8 İyul 2020 13:35
Baxış: 1 254
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

May ayının 9-da sərnişindaşıma fəaliyyəti bərpa olunduqdan sonra, Bakı metrpoliteninin fəaliyyəti Azərbaycan Respublikasının Nazirlər Kabinetinin və Kabinet yanında Operativ Qərargahın qəbul etdiyi qərarlara, həmçinin "İctimai nəqliyyatda koronavirus infeksiyasının profilaktikasına dair metodiki göstərişlər"ə uyğun tənzimlənir.

Milli.Az xəbər verir ki, "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətindən Trend-in sorğusuna cavab olaraq verilən məlumata görə, 2019-cu il ərzində Bakı metropoliteni gün ərzində orta hesabla 650 min civarında sərnişin daşıyıb. Həmin dövrlə müqayisədə mayın ayının 9-dan, Bakı metropolitenində sərnişindaşıma fəaliyyəti bərpa olunduqdan sonra daşınan sərnişinlərin sayında 2 dəfədən çox azalma müşahidə olunub. Orta hesabla may ayının 23 günü ərzində 230 minə, iyun ayında isə 270 minə yaxın sərnişin daşınıb.

İyun ayının 21-dən xüsusi karantin rejimi sərtləşdirilməsi və bir sıra məhdudiyyətlərin tətbiqi qüvvəyə minib. Həmin tarixdən iyul ayının 4-nə, Bakı metropolitenində sərnişindaşıma fəaliyyəti dayandırılana qədər, orta hesabla gün ərzində 160 min civarında sərnişin daşınıb.

İyul ayının 3-də Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə metropolitendə sərnişindaşıma fəaliyyəti iyul ayının 4-ü saat 00:00-dan iyul ayının 20-si saat 06:00-a kimi dayandırılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.