Ölkə

312 nəfər əcnəbi “Azərbaycan turizmi üzrə ekspert” statusunu qazanıb

7 İyul 2020 14:00
Baxış: 847
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan Turizm Bürosunun keçirdiyi onlayn təlimlərdə iştirak edən 312 nəfər "Azərbaycan turizmi üzrə ekspert" statusunu qazanıb.

Bürodan Milli.Az-a verilən məlumata görə, təlimlər Azərbaycan haqqında "E-öyrənmə" onlayn təlim platforması (elearning.tourismboard.az) vasitəsilə keçirilib.

İştirakçılar Avropa, Yaxın Şərq ölkələri, MDB ölkələri, Cənubi Asiya kimi regionları üzrə 40-dan çox ölkəni təmsil edib.

Təlimlərdə 312 nəfər Azərbaycan haqqında ümumi məlumat, Azərbaycan təbiəti, Azərbaycan toy destinasiyası kimi, şərab turları, alman irsi, yəhudi irsi, müalicəvi turizm məhsulları, qastronomiya, həmçinin regionların turizm imkanları kimi bir neçə moduldan ibarət olan təlimlərdə iştirak edərək "Azərbaycan turizmi üzrə ekspert" statusunu qazanıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.