Ölkə

Daha 200 mənzil şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə veriləcək

6 İyul 2020 17:23
Baxış: 859
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev KİV-ə müsahibəsində deyib ki, pandemiya dövrü olmasına baxmayaraq, Prezident İlham Əliyevin tapşırığına əsasən, bu il də heç bir sosial proqram ixtisar edilməyəcək. Əksinə, bu proqramlar daha da genişlənir.

Nazirlikdən Milli.Az-a verilən məlumata görə, nazir qeyd edib ki, bu ilin may və iyun aylarında artıq 300 mənzil şəhid ailələri və müharibə əlillərinə verilib. Bu günlərdə də nazirlik tərəfindən daha 200 mənzil alınıb. Xüsusi karantin dövrü bitəndən sonra həmin mənzillər də şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə veriləcək. Ümumilikdə, mənzillə təminat prosesi il ərzində davam edəcək, ötən il 934 mənzil və fərdi ev şəhid ailələri və müharibə əlillərinə verilibsə, cari ildə bu say azı 1500 olacaq.

S.Babayev bildirib ki, həmçinin bu il artıq 100 avtomobil müharibə əlilləri və onlara bərabər tutulanlara verilib. Bu il üçün 400 avtomobilin həmin kateqoriyadan olan vətəndaşlara verilməsi nəzərdə tutulub.

Ümumilikdə indiyədək Nazirlik tərəfindən şəhid ailələrinə və müharibə əlillərinə 7900-ə yaxın mənzil və fərdi ev, müharibə əlilləri və onlara bərabər tutulanlara 6850 minik avtomobili verilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.