Ölkə

Karantin rejimi ilə əlaqədar reydlər keçirildi - FOTO

5 İyul 2020 12:27
Baxış: 2 230
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Səbail rayonu ərazisində Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalovun, RİHBA-nın əməkdaşlarının, hüquq-mühafizə orqanlarının nümayəndələrinin və xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsi üçün əhali arasında maarifləndirmə işlərinin aparılması məqsədilə yaradılmış mobil qrup üzvlərinin iştirakı ilə keçirilən reydlər davam etdirilir.

Səbail rayonunun İcra Hakimiyyətindən Milli.Az-a verilən məlumata görə, əhalinin sıx olduğu məkanlarda, ictimai-iaşə və ticarət obyektlərində həyata keçirilən reydlər zamanı sakinlərlə Nazirlər Kabinetinin Operativ Qərargahının tələb və tövsiyələrinə riayət edilməsi ilə bağlı izahetmə-xəbərdarlıq işləri aparılır, aşkarlanan ciddi qanun pozuntuları hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən sənədləşdirilir, dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq, xüsusi karantin qaydalarını pozan şəxslər barəsində tədbirlər görülərək, onlar qanun çərçivəsində cərimə olunurlar. Nazirlər Kabinetinin Operativ Qərargahının tələblərinə zidd fəaliyyət göstərən obyektlərə sonuncu dəfə xəbərdarlıq edilərək tibbi qoruyucu maskalardan istifadə, sosial izolyasiya və sanitar-gigiyena qaydalarına ciddi riayət edilməsi barədə göstərişlər verilir.

İyulun 4-də RİH başçısı Vuqar Zeynalov tərəfindən Badamdar qəsəbəsi, Badamdar şossesində, Tofiq Məmmədov, Göyüş Qarayev və Seyran Məmmədov küçələrində ümumilikdə 20-ə yaxın iaşə obyektində monitorinq keçirilmişdir. Reyd zamanı Əziz Nəzərov küçəsində yerləşən ərzaq mağazasının sahibi Mirzəyev Samir Rafət oğlu tibbi maskasız vətəndaşları mağazaya buraxdığı üçün barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinə əsasən protokol tərtib edilmiş və 400 AZN məbləğində cərimə edilmişdir.

Reyd keçirilən bütün obyektlərdə işçi heyətinə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadənin, sosial məsafənin gözlənilməsinin vacibliyi və əhəmiyyəti barədə ətraflı məlumat verilir. Yaradılmış mobil qruplar tərəfindən sakinlərin və yaxınlarının sağlamlığının qorunması məqsədilə karantin rejiminin qaydalarına riayət etməyin vacibliyi barədə məlumatlar onların diqqətinə çatdırılır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.