Ölkə

Şahmar Mövsümov: Biz bütün dünyanın üzləşdiyi problemlə qarşılaşmışıq

3 İyul 2020 17:17
Baxış: 697
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İlk gündən etibarən pandemiyanın qarşısının alınması üçün lazımi adımmlar atıldı və göstərişlər verildi. İqtisadi sahədə, cənab Prezidentin fərmanına uyğun olaraq 4 işçi qrup yaradıldı, tədbirlər planı hazırlandı. Bu tədbirlər planı makroiqtisadi sahənin, həm də sosial sahənin inkişafına, dayanaqlılığına yönəlmişdir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Operativ Qərargahın keçirdiyi birifnqdə Prezidentinin iqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov deyib.

Onun sözlərinə görə, bu gün yoluxma sayı yüksək həddə qalır. Karantin rejiminin sərtliyi onun həyata keçirilmə formasından aslıdır. Biz bütün dünyanın üzləşdiyi problemlə qarşı-qarşılaşmışıq. Bu problemin həlli üçün hamımız səfərbər olmalıyıq, bu mübariəzədə birgə iştirak etməklə virusa qalib gələ bilərik:

"Bu iş çətin deyil, sadə yollarla - sosial məsafə saxlamaq, maska taxmaq və gigyenik qaydalara əməl etməklə koronavirusa qalib gələ bilərik".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.