Ölkə

Azərbaycanda toy edənlər saxlanıldı - VİDEO

26 İyun 2020 10:45
4 Şərh     Baxış: 4 622
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Zərdab rayonunda elan edilən xüsusi karantin rejimini pozaraq toy edən şəxslər saxlanılıblar.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Milli.Az-a verilən məlumata görə, karantin rejimi ilə bağlı məhdudiyyətlər tətbiq edilməsinə baxmayaraq, bəzi şəxslər tərəfindən nizam-intizamın pozulması hallarına rast gəlinir.

Belə ki, Zərdab rayonun Alıcanlı kəndində 25 nəfərə yaxın şəxs toplaşaraq toy məclisi təşkil edib, bununla da xüsusi karantin qaydalarını kobud şəkildə pozublar.

Zərdab Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən məclisdə iştirak edən 14 nəfər saxlanılıb.

Saxlanılan şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokollar tərtib edilərək məhkəmənin qərarı ilə 100 manat miqdarında cərimə ediliblər.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.