Ölkə

İtkin düşən daha 2 neftçinin cəsədi bu gün ailə üzvlərinə təhvil veiləcək

24 İyun 2020 13:24
Baxış: 1 793
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ötən ay Xəzər dənizinin dərinsulu hissəsində boru xəttinin monitorinqi aparılarkən 2015-ci il dekabrın 4-də "Günəşli" yatağındakı 10 saylı Dərin Dəniz Özülündə baş vermiş qəza zamanı itkin düşmüş iki əməkdaşın cəsədləri 190 metr dərinlikdə tapıldıqdan sonra iyun ayında da həmin ərazidə təftiş və axtarış işləri davam etdirilmiş, 149 metr dərinlikdə daha iki insan cəsədi aşkarlanmışdır. Cəsədlər müvafiq qaydada çıxarıldıqdan sonra dövlət orqanlarına təhvil verilmişdir.

SOCAR-dan Milli.Az-a verilən məlumata görə, analizlər nəticəsində müəyyən edilmişdir ki, tapılan cəsədlərdən biri 2015-ci ildə baş vermiş həmin qəza zamanı itkin düşmüş, 4-cü dərəcəli neft-qazçıxarma operatoru 1971-cü il təvəllüdlü Rəsulov Elşad Baloğlan oğluna məxsusdur. Cəsəd bu gün ailə üzvlərinə təhvil veiləcəkdir. Mərhum neftçinin ailəsinə başsağlığı verir və Allahdan rəhmət diləyirik.

Digər cəsədin qalıqlarının analizləri davam etdirilir. Bu barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.