Ölkə

Postlarda vətəndaşların hərarəti ölçülə bilər

20 İyun 2020 12:06
Baxış: 993
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

"Rayona gedib gələn icazəli şəxslərin karantin postlarında hərarətinin ölçülməsi mümkündür".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyib.

Onun sözlərinə görə, həmin işi polis deyil, tibb işçiləri həyata keçirməlidir: "Bunu tətbiq etmək olar və bu işin xeyrinə ola bilər. Amma hələ ki postlarda bu nəzərdə tutulmayıb. Amma özündə hərarət hiss edən şəxs polis əməkdaşına yaxınlaşaraq məlumat verərsə dərhal əraziyə tibbi yardım briqadası çağırıla bilər".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.