Ölkə

Xüsusi karantin rejimində yaşayış yerini tərk etmə qaydaları AÇIQLANDI

19 İyun 2020 17:20
Baxış: 3 803
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılma sürətinin azaldılması, habelə onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə xüsusi karantin rejiminin sərtləşdirilməsini təmin etmək üçün Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində 21 iyun saat 00:00-dan 5 iyul saat 06:00-dək bir sıra sahələr üzrə məhdudiyyətlər tətbiq ediləcək.

Milli.Az bildirir ki, bu barədə Nazirlər Kabinetinin qərarında deyilir:

Qərara əsasən, yalnız aşağıdakı hallarda yaşayış yerini tərk etməyə icazə veriləcək:

- təxirəsalınmaz tibbi zərurətlə və hər hansı bir qrafik üzrə müalicə almaqla əlaqədar;

-ərzaq və digər gündəlik tələbat mallarının, habelə dərman vasitələrinin alınması, dövlət xidmətlərindən, bank, poçt və fəaliyyətinin davam etdirilməsinə icazə verilən iş və xidmət sahələrində göstərilən digər xidmətlərdən istifadə edilməsi zərurəti ilə, həmçinin açıq havada vaxtın keçirilməsi ilə əlaqədar;

-yaxın qohumunun dəfnində iştirakla əlaqədar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.