Ölkə

Koronavirusdan dünyasını dəyişdiyi deyilən professorla bağlı İnstitutdan AÇIQLAMA

18 İyun 2020 17:42
Baxış: 2 745
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Koronavirusdan dünyasını dəyişdiyi deyilən professor Ziyafəddin Əsədov bir ay idi ki, işə çıxmırmış.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında Neft-Kimya Prosesləri İnstitutunun ictimaiyyətlə əlaqələrə məsul əməkdaşı Zaur Ağamalıyev bildirib. Onun sözlərinə görə, son günlərdə professorun nəfəs almasında problem yaranmışdı:

"Ziyafəddin müəllim bir ay idi işə gəlmirdi. İki gün bundan qabaq onda nəfəsalma problemləri yaranmışdı və bununla əlaqədar onu Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutuna götürmüşdülər. Orada professordan koronavirusun olub-olmaması ilə bağlı test alınıb. Deyilənə görə, testin cavabları müsbət çıxıb".

Qeyd edək ki, tanınmış kimyaçı alim, Neft-Kimya Prosesləri İnstitutunun laboratoriya müdiri, AMEA-nın müxbir üzvü Ziyafəddin Həmid oğlu Əsədovun iyul ayının 19-da 70 yaşı tamam olacaqdı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.