Ölkə

Bu xəstəxanalar da koronaviruslu xəstələr üçün ayrıldı - SİYAHI

18 İyun 2020 09:44
Baxış: 5 364
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Koronaviruslu xəstələrin müalicəsi ilə bağlı xüsusi rejimli xəstəxanalar kimi müəyyənləşdirilən xəstəxanaların adlarını açıqlayıb.

Milli.Az xəbər verir ki, TƏBİB-dən Trend-ə verilən məlumata görə, həmin xəstəxanalar Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutu, 26 nömrəli Birləşmiş Şəhər Xəstəxanası, Kliniki Tibbi Mərkəz, Azərsu Tikinti Xəstəxanası, Göyçay RMX, Salyan RMX, Xızı RMX, Qusar RMX, Ucar RMX, Saatlı RMX, Zərdab RMX, Gəncə Dəmiryol Xəstəxanasıdır.

Qeyd edilən xəstəxanalarda müalicə alan pasiyentlər ən yaxın rayonlardakı xəstəxanalara köçürülüb müalicələrini davam etdirə biləcəklər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.