Ölkə

"Azərsu": Binəqədinin Gülüstan qəsəbəsinə içməli suyun verilişi bərpa edilib

17 İyun 2020 13:19
Baxış: 902
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Binəqədi rayonunun Gülüstan qəsəbəsinə içməli suyun verilişi bərpa olunub.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Cəbrayıllı deyib.

Onun sözlərinə görə, iyunun 16-sı axşam saatlarından əraziyə içməli su verilib: "Magistral su kəmərində hidravlik rejim pozulduğu üçün həmin ərazidə suyun təzyiqi aşağı düşüb. Oraya Ceyranbatan-Qala xəttindən su birbaşa getdiyi üçün su problemi yaranmışdı. Artıq dünən axşamdan həmin xətdə təzyiq normallaşıb və əraziyə suyun verilişi bərpa edilib".

A.Cəbrayıllı bildirib ki, "Azərsu" ASC ərazinin su təminatının yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər görür.

Xatırladaq ki, Binəqədi rayonu, Gülüstan qəsəbəsində bir neçə gün idi içməli su qıtlığı yaranmışdı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.