Ölkə

Daha bir həkimi koronavirusdan itirdik

12 İyun 2020 13:14
Baxış: 2 802
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Gəncədə daha bir həkim koronavirusdan həyatını itirib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə həkimin həmkarları və çalışdığı Yeni Gəncə Tibb Mərkəzi sosial şəbəkədə məlumat yayıb.

Bildirilib ki, bir müddətdir, koronavirus infeksiyasından Bakıda xüsusi təyinatlı xəstəxanada müalicə alan 1970-ci il təvəllüdlü travmatoloq ortoped Mehman Hüseynov dünən vəfat edib.

Qeyd edək ki, travmatoloq daha öncə Mingəçəvir Şəhər Mərkəzi Xəstəxanası və Yeni Gəncə Tibb Mərkəzində fəaliyyət göstərib.

Xatırladaq ki, M. Hüseynov Gəncədə koronavirus səbəbindən dünyasını dəyişən üçüncü həkimdir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.