Ölkə

Bəhram Xəlilov: İmtahanlarda çox az sayda qanun pozuntusu olub

12 İyun 2020 16:14
Baxış: 783
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Son iki gündə Dövlət İmtahan Mərkəzi buraxılış imtahanlarını uğurla keçirdi".

Milli.Az Trend-ə istainadən xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədr müavini Bəhram Xəlilov deyib.

Onun sözlərinə görə, iyunun 10 və 11-də keçirilən imtahanlarda çox az sayda qanun pozuntusu olub. İmtahanlarda 5 nəfər üzərində telefon aşkarlandığı üçün imtahandan xaric edilib. Bir nəfər isə sual kitabçasının şəklini çəkərək sosial şəbəkədə paylaşdığı üçün onun da nəticələri ləğv edilib.

B.Xəlilov imtahanların pandemiyadan irəli gələn tələblərə uyğun keçirildiyini söyləyib: "Pandemiya ilə əlaqədar imtahan keçirilən binaların sayı artırılıb. İmtahan keçirilən binaların qarşısında nişanlar qoyulmuşdu ki, onlar sosial məsafəni gözləsinlər. İmtahanda iştirak edən abituriyentlər koronavirusla bağlı bəyannamə də təqdim ediblər".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.