Ölkə

İş saatları dəyişdirilə bilər - Operativ Qərargah yeni təklif hazırlayıb

3 İyun 2020 20:11
1 Şərh     Baxış: 10 072
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Səhər və axşam saatlarında işə gələnlərin sayını nizamlamaqla ictimai nəqliyyatda sıxlığı aradan qaldırmaqla bağlı təklifimiz qəbul olunsa, qərar qəbul ediləcək və iş yerlərinə müraciət olunacaq.

Milli.Az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

O, təklif qəbul olunarsa, detaların sabah açıqlanacağını bildirib:

"İşə gələnlər və işdən çıxanlar üç ayrı qrupa ayrılacaqlar və ayrı-ayrı saatlarda, məsələn, 8, 8:30 və 9 olmaqla və yaxud bir saat fasilələrlə və müvafiq olaraq da axşam o qədər saat gec çıxmaqla ictimai nəqliyyatdakı sıxlığın aradan qaldırılması mümkündür. Bununla bağlı təklifimiz var. Qəbul olunsa, yəqin ki, sabah qaydalar çərçivəsində sizə məlumat veriləcək. 

Qeyd edək ki, xüsusi karantin rejiminin gücləndirilməsi və Bakı Metropoliteninin fəaliyyətinin məhdudlaşdırılması ilə əlaqədar təşkil olunan 7 ekspress marşrut üzrə sərnişindaşımaları 04.06.2020-ci il tarixindən dayandırılacağı gözlənilirdi.

Təhməz Təkin
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.