Ölkə

26 Qazaxıstan vətəndaşı öz ölkələrinə yola salınıb

3 İyun 2020 17:24
Baxış: 796
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün daha 26 Qazaxıstan vətəndaşı Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinə məxsus "Merkuri-1" bərə gəmisi ilə öz ölkələrinə yola salınıblar.

Milli.Az xəbər verir ki, bu barədə qurumdan Trend-ə bildiriblər. Qeyd olunub ki, adı çəkilən ölkədə yaşamaq hüququ olan 11 həmvətənimizdə Kurık limanına yola düşüblər. Yola salınan sərnişinlər ilk olaraq Bakı Limanında koronavirusla əlaqədar tibbi test yoxlanışından keçiblər və testin nəticəsi bütün sərnişinlərdə neqativ çıxıb.

Xatırladaq ki, cari ilin 13 may tarixindən Qazaxıstanda karantin dövründə sərhədin keçilməsinə dair yeni qaydalar qüvvəyə minib və bu səbəbdən Kurık limanı ölkə vətəndaşları və ölkədə yaşamaq icazəsi olan xarici vətəndaşların qəbulunu bərpa edib. Əlavə olaraq bildirmək istərdik ki, bugünədək 53 Qazaxıstan vətəndaşı Bakı Limanından yola salınmışdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.