Ölkə

"Bir il ərzində toyların keçirilməməsi bizə demoqrafiq zərbə vura bilər"

21 May 2020 14:53
4 Şərh     Baxış: 2 157
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün müzakirə olunan məsələlərdən biri də karantin rejiminə görə toylara qoyulan qadağa ilə bağlıdır. Bir çoxları iyun ayında toyların keçirilməsinə icazə veriləcəyi ilə bağlı iddialar səsləndirilir. İyun ayında toyların keçirilməsinə icazə verilə bilərmi?

Milli.Az xəbər verir ki, bununla bağlı sonxeber.az-a danışan deputat Aydın Mirzəzadə bildirib ki, karantin rejimi bir çox məhdudiyyətlər tələb edir:

"Bilirsiniz ki, insanlar toylarda kütləvi şəkildə bir yerə toplaşırlar. Mən müəyyən məhdudiyyətlər qoyularaq toyların keçirilməsinin tərəfdarıyam. Ola bilsin ki, az qonaqla, sosial məsafə gözlənilməklə və qoyulan qaydalara riyaət etməklə toyları keçirmək olar. Çünki bir çox ailələr yaz, yay aylarında övladlarının xeyir işini etmək istəyirdilər.

Bu vəziyyət onların planlarını pozur. Bir il ərzində toyların keçirilməməsi bizə demoqrafiq zərbə vura bilər. Bu baxımdan müəyyən məhdudiyyətlər qoymaqla, şadlıq sarayların üzərinə öhdəliklər qoymaqla toyları etmək olar".

Operativ Qərargahın rəsmisi İbrahim Məmmədov bildirib ki, hələlik bununla bağlı qərar yoxdur:

"Hər şey yoluxmanın və sağalmanın dinamikasından asılıdır. Amma bu günə bu barədə heç bir dəqiq məlumat yoxdur".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.