Ölkə

Başqa ölkə vətəndaşlığını qəbul edən Azərbaycan vətəndaşları ilə bağlı yeni qanun hazırlanıb

20 May 2020 12:37
2 Şərh     Baxış: 1 781
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Başqa ölkə vətəndaşlığını qəbul edən Azərbaycan vətəndaşı Dövlət Miqrasiya Xidmətinə məlumat vermədiyi halda məsuliyyətdən azad olunacaq.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov bu gün keçirilən onlayn brifinqdə deyib.

Onun sözlərinə görə, mövcud qanuna əsasən, Azərbaycan vətəndaşı digər ölkə vətəndaşlığını qəbul edəndə, 1 ay müddətinə DMX və ya xaricdəki səfirliyə məlumat verməlidir:

"Bununla bağlı Prezidentin təşəbbüsü ilə parlamentdə qəbul edilən qanun layihəsi var. Qanunvericiliyə görə, məlumat verməyəndə həmin şəxs barəsində sərt cinayət məsuliyyəti nəzərdə tutulurdu. Ancaq yeni qanuna görə, bu məsuliyyət aradan qaldırılır. Qanun qüvvəyə mindikdən sonra gec məlumat verən şəxslər bu barədə rahat ola biləcəklər".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.