Ölkə

"Azərbaycanda yaşayan vizasız miqrantların icazə müddəti avtomatik artırılıb"

20 May 2020 11:52
0 Şərh     Baxış: 1 481
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda yaşayan vizasız miqrantların icazə müddəti avtomatik artırılıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu bu gün keçirilən onlayn brifinqdə Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov deyib.

Onun sözlərinə görə, Azərbaycanda kifayət qədər vizasız yaşayan miqrant var. Onların işini rahatlaşdırmaq üçün may ayının 31-nə qədər yaşama müddəti bitənlərin icazəsi uzadılıb:

"Miqrant ölkədə yaşama müddətini uzatmaq üçün müraciət etməli idi. Biz bu problemi həll etdik və həmin şəxslərin müddətini müraciətsiz 60 gün uzatdıq. Mart ayından sonra həmin miqrantların yaşama müddəti 30-60 gün uzadılıb. May ayında isə bu müddət bitir. Biz yeni qərar qəbul etdik ki, həmin şəxslər müraciət etmədən onların müddəti sərhədlərdə gediş-gəliş bərpa olunan müddətə qədər uzadılsın. Bundan sonra həmin şəxslərin müraciətlərinə baxılacaq və qərar veriləcək".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.