Ölkə

Müəllim onlayn müsahibəyə qatılmaq üçün dağın başına çıxdı - VİDEO

19 May 2020 19:39
1 Şərh     Baxış: 2 315
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Koronavirus pandemiyasına görə mayın 4-dən etibarən respublikanın ümumi təhsil müəssisələrində müddətli əmək müqaviləsi əsasında işləyən müəllimlərlə müddətsiz əmək müqaviləsinin bağlanılması məqsədilə onlayn müsahibələr keçirilir.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Yardımlı rayon Arvana kənd tam orta məktəbinin coğrafiya müəllimi Tural Zəkili onlayn müsahibəyə qatıla bilmək üçün dağın başına çıxıb.

Bu barədə məlumatı Təhsil Nazirliyinin mətbuat katibi Cəsarət Valehov paylaşıb.

Müəllim T.Zəkili bildirib ki, onun olduğu kənddə operator dalğalarının zəif olmasına görə dağın başına çıxaraq Lerik rayonunun həmsərhəd olan kəndinə gəlib və oradan onlayn müsahibəyə qoşulub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.