Ölkə

Daimiləşmə ilə bağlı onlayn müsahibələrdə iştirak etməyən müəllimlərə yenidən şans verilir

18 May 2020 16:14
0 Şərh     Baxış: 974
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Müddətsiz əmək müqaviləsinin bağlanılması məqsədilə keçirilən onlayn müsahibələrdə iştirakını təsdiq etməyən namizədlər üçün yenidən şans yaradılır.

Təhsil Nazirliyindən Milli.Az-a verilən məlumata görə, həmin namizədlər şəxsi səhifələrində yerləşdirilmiş təlimatla tanış olaraq 19 may saat 18:00-dək müsahibədə iştirakını təsdiq edə bilər.

Qeyd edək ki, mayın 20-də dövlət ümumi təhsil müəssisələrində müddətli əmək müqaviləsi ilə çalışan müəllimlərlə müddətsiz əmək müqaviləsinin bağlanılması məqsədilə keçirilən onlayn müsahibələr yekunlaşacaq. On gündür davam edən müsahibələrdə 1000-ə yaxın namizəd iştirak edib.

Mayın 4-dən start verilən müsahibələrdə ilkin olaraq Bakı şəhərinin ümumi təhsil müəssisələrində müddətli müqavilə əsasında çalışan müəllimlər iştirak edib. Mayın 7-dən etibarən isə digər şəhər və rayonlar üzrə ümumi təhsil müəssisələrində müddətli müqavilə ilə çalışan müəllimlər onlayn müsahibələrə qoşulub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.