Ölkə

Bu qaydalara riayət etməyənlərə CİNAYƏT İŞİ AÇILACAQ - Operativ Qərargah

16 May 2020 10:39
3 Şərh     Baxış: 4 572
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Restoran, kafe və çay evlərində bizim hazıladığımız müvafiq göstərişlər var. Fəaliyyət bərpa olunsa da, bu göstərişlərə ciddi əməl olunmalıdır və bununla bağlı məsələlərə epidemioloji nəzarəti həyata keçirən qurumlarımız nəzarət edəcəklər".

Milli.Az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

Sədr göstərişlərə əməl etməyənlərə sərt cəza tətbiq ediləcəyini sözlərinə əlavə edib:

"Bu qaydalara əməl edilmədikdə ciddi inzibati və cinayət məsuliyyəti tətbiq olunacaq. Qeyd etmək istərdim ki, bəzi kafelərdə və müəyyən xidmət müəssisələrində qəlyan avadanlıqlarından istifadə qadağası qalmaqdadır və bu çox ciddi respirator infeksiyasının yayılmasının prafilaktikası məqsədini daşıyır. Əgər bu qayda da pozularsa sərt şəkildə tədbirlər görüləcək".

Təhməz Təkin
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.