Ölkə

Azərbaycanda maska və dezinfeksiyaedici məhlullarla bağlı qıtlıq yoxdur

15 May 2020 18:39
1 Şərh     Baxış: 1 029
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycanda maska və dezinfeksiyaedici məhlullarla bağlı qıtlıq yoxdur.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

Onun sözlərinə görə, apteklərdə tibbi maskaların satılmaması barədə yayılan məlumat həqiqətə uyğun deyil: "Bizim istehsal gücümüz gündə 500 mindir. Amma hələlik ciddi ehtiyac olmadığından müəssisələrdə istehsal tam gücü ilə həyata keçirilmir".

Hökumət rəsmisi əlavə edib ki, maskaların qiyməti məsələsinə növbəti mərhələdə baxıla bilər: "Azərbaycana idxal olunan maskaların qiyməti aptekdə satılan qiymətdən daha bahadır. Azərbaycan dövləti yaranmış əlavə məbləği özü ödəyir ki, maskalar apteklərdə 30 qəpikdən baha satılmasın".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.