Ölkə

Bakı-Naxçıvan reysi nə vaxt açılacaq?

15 May 2020 18:34
1 Şərh     Baxış: 3 728
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakı-Naxçıvan reysinin bərpası ilə bağlı qadağalar qalmaqdadır. Lakin növbəti mərhələdə bu reysin açılması məsələsinə baxıla bilər.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

Onun sözlərinə görə, sarı zonadan narıncı zonaya gediş-gəliş qadağan edilib: "Naxçıvan və digər bölgələr sarı zona olduğundan Bakıya gediş-gəliş qadağan edilib. Bakıda iş yeri olan şəxslər buraya gələ bilirlər. Amma Naxçıvanla əlaqə yalnız hava yolu ilə mümkündür. Hələlik aviareyslər bağlı olduğundan bu, mümkün deyil. Bu məsələ gündəmdədir. Ola bilsin ki, növbəti mərhələdə bununla bağlı qərar verilsin".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.