Ölkə

Onlayn Qədr gecəsini 21 min adam izlədi - FOTO

15 May 2020 16:04
6 Şərh     Baxış: 1 601
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Məlum olduğu kimi, karantin rejimi ilə əlaqədar Azərbaycanda Qədr gecələri ilə bağlı mərasimlər də onlayn təşkil edilir. Artıq mayın 12-si və 14-ü Məşədi Dadaş məscidində videobağlantı vasitəsilə 2 mərasim keçirilib. 

Saat 22:30-da başlayan məclis məscidin imamı, ilahiyyatçı Hacı Şahin Həsənlinin xütbəsi ilə davam edib. Tədbir canlı olaraq Hacı Şahin Həsənlinin rəsmi yutub, feysbuk və instaqram hesablarında yayımlanıb.      

Canlı yayımlarda instaqramda izləyici sayı 6869, feysbukda 3120, yutubda isə 11340 nəfər olub.

Qeyd edək ki, Qədr gecəsi olmasına ehtimal olunan gecələr bu il 12, 14 və 16 may tarixlərinə təsadüf edir.

Milli.Az qafqazinfo-ya istinadən bugecəki onlayn mərasimdən çəkilən fotoları təqdim edir:

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.