Ölkə

AQTA Tovuzdakı pomidor istixanalarında müşahidələr apardı

14 May 2020 19:24
0 Şərh     Baxış: 1 233
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) fitosanitar müfəttişləri növbəti müşahidələri Tovuz rayonu Düz Qırıxlı kəndində yerləşən pomidor istixanalarında aparıblar.

Agentlikdən Milli.Az-a verilən məlumata görə, monitorinq zamanı xüsusi karantin rejiminin qaydaları nəzərə alınmaqla istixana əməkdaşlarına örtülü sahədə təhlükəli zərərverici sayılan pomidor lağımlayıcı güvəsi haqqında geniş məlumat verilib.

Bundan başqa, pestisid və aqrokimyəvi maddələrdən istifadə zamanı texniki təhlükəsizlik qaydalarına, eləcə də sanitar-gigiyenik normalara ciddi riayət olunması diqqətə çatdırılıb.

Eyni zamanda, pestisid və aqrokimyəvi maddələrin saxlanma şəraitinə baxış keçirilib, bu vasitələrin təlimata uyğun saxlanılması ilə bağlı tövsiyələr verilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.