Ölkə

Regionlarda da ictimai nəqliyyat vasitələrində şəffaf arakəsmələr quraşdırılır

14 May 2020 12:10
0 Şərh     Baxış: 1 031
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Gəncə, Lənkəran, Tovuzda, eləcə də Bakı-Sumqayıt istiqamətlərində hərəkətdə olan avtobus və taksilərdə şəffaf arakəsmələrin quraşdırılmasına artıq başlanılıb.

Milli.Az xəbər verir ki, bunu Trend-ə açıqlamasında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) İctimaiyyətlə əlaqələr sektorunun müdiri Nuridə Allahyarova bildirib.

Onun sözlərinə görə, bununla bağlı daşıyıcılara rəsmi yazılı müraciətlər olunub:

"İlkin tapşırıq narıncı zonaya düşən regionlarda fəaliyyət göstərən nəqliyyat vasitələrinə edilib. Bunlar Gəncə, Lənkəran və Bakı-Sumqayıt arasında hərəkət edən avtobuslardır. Lakin digər zona olaraq Tovuzda da bu proses artıq başlayıb. Daşıyıcılara rəsmi şəkildə yazılı müraciətlər olunub, taksi fəaliyyəti göstərən şəxslərə isə şifahi göstərişlər verilib".

N.Allahyarova qeyd edib ki, arakəsmələrin quraşdırılmasına görə hər hansısa limit və vaxt qoyulmayıb:

"Çünki bilirik ki, sahibkarlar da təhlükənin nə qədər ciddi olduğunu anlayıb bu qaydaları yerinə yetirməyə çalışırlar. Taksi sürücülərinə isə şifahi tapşırıqdan əlavə DANX-ın regional şöbəsinin əməkdaşları da nəzarət edirlər ki, ən yaxın zamanda avtomobillərdə arakəsmələr quraşdırılsın".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.