Ölkə

Metroda sərnişinlər sosial məsafə saxlamalıdır

9 May 2020 10:14
0 Şərh     Baxış: 1 112
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Bakı metrosunda platforma və vaqonlarda sərnişinlərin sosial məsafə saxlamaları barədə mütəmadi məlumatlar səsləndirilir".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

Onun sözlərinə görə, vaqonlara sərnişinlərin yalnız oturacaqların sayına görə buraxılmasını tənzimləmək mümkün olmasa da bununla bağlı oturacaqlarda məlumatlar yazılıb:

"Əməkdaşlarımız tərəfindən oturacaqların üzərinə işarələr vurulub. Sərnişinlərin ara məsafəsini saxlaması üçün metro işçiləri sərnişinlərə tövsiyyələr edir. Ayaq üstə gedən sərnişinlər üçün də xüsusi işarələnmiş yerlər quraşdırılıb. Sərnişinlərimizdən bu normalara riayət etmələrini xahiş edirik".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.