Milli Məclisdən Trend-ə verilən məlumata görə, Parlament Aparatında aparılan struktur və kadr dəyişiklikləri çərçivəsində yeni yaradılmış Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinə müdir - Milli Məclisin Mətbuat katibi vəzifəsinə Ceyhun Yusif oğlu Əliyev təyin edilib.
Parlamentin Sədri Sahibə Qafarova bu haqda müvafiq sərəncam imzalayıb.
Ceyhun Əliyev bu gün kollektivə təqdim olunmuşdur.
Milli.Az