Ölkə

Fərhad Bədəlbəyli: Fonddakı vəsaitlərin xərclənmə istiqamətlərini bütün cəmiyyət bilməlidir

5 May 2020 17:45
Baxış: 876
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Koronavirusla Mübarizəyə Dəstək Fondunun üzvü olmaq böyük bir məsuliyyətdir. Əgər bu fonddan bir qəpik lazım olmayan yerə xərclənərsə, bu, bütün Azərbaycana təhqir olar".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Koronavirusla Mübarizəyə Dəstək Fondunun İctimai Nəzarət Şurasının üzvü Fərhad Bədəlbəyli Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

F.Bədəlbəyli qeyd edib ki, Fonddakı vəsaitlərin xərclənmə istiqamətlərini bütün cəmiyyət bilməlidir:

"Xərclənmə zamanı sosial problemlərin həlli, həkimlərin ailə üzvlərinin sosial müdafiəsi, sığortalanması kimi məsələlər əsas yer tutacaq. Bu siyahıya əsgərlərimizi, onların ailəsini də əlavə edərdim. Sosial problemlərin monitorinqi də aparılmalıdır. Ümumilikdə 8 xərc istiqaməti müəyyən edilib".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.