Ölkə

Kürdəmirdə 4 nəfərin ölümü, 7 nəfərin yaralanması ilə nəticələnən qəzayla bağlı cinayət işi başlanıb

4 May 2020 15:31
1 Şərh     Baxış: 1 550
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Kürdəmirdə 4 nəfərin ölümü, 7 nəfərin xəsarət almasıyla nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi açılıb.

Milli.Az xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, faktla bağlı Kürdəmir rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 263.3-cü (yol istismar qaydasını pozma, iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, istintaq tədbirləri davam etdirilir. 

Qeyd edək ki, hadisə bu gün Ağsu-Kürdəmir-İmişli avtomobil yolunun Kürdəmir rayonunu Sor-Sor kəndindən keçən hissəsində qeydə alınıb.

İmişli rayon sakini, 1966-cı il təvəllüdlü Abbas Kərim oğlu Kərimovun idarə etdiyi "Mercedes" markalı avtomobillə Kürdəmir rayon sakini, 1983-cü il təvəllüdlü Ceyhun Sabir oğlu Piriyevin idarə etdiyi "Nissan" markalı maşın toqquşub.

Nəticədə 4 nəfər ölüb, 7 nəfər xəsarət alıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.