Ölkə

Sürücülərin nəzərinə! Bu ərazilərdə hərəkət məhdudlaşdırılıb - FOTO

4 May 2020 09:59
0 Şərh     Baxış: 2 490
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakı-Sumqayıt yolunda aparılan yenidənqurma işləri çərçivəsində 4 və 5 may tarixlərində Moskva prospektindən, həmçinin Bakı Dairəvi-1 avtomobil yolundan "Şamaxı yolu" adlanan ərazi istiqamətində hərəkət məhdudlaşdırılır.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) Milli.Az-a verilən məlumata görə, alternativ olaraq sürücülər Moskva prospektinin əsas yolundan və Biləcəri enişindən istifadə edərək hərəkətlərinə davam edə bilərlər.

Təmir-tikinti işləri Müzəffər Həsənov küçəsinin 20 Yanvar dairəsindən Mirzə Abbas Şərifzadə küçəsi ilə kəsişməsinədək olan hissəsində də aparılır. Bu üzdən təmir işləri bitənədək küçənin sözügedən hissəsi ilə də hərəkət məhdudlaşdırılıb.

Yarana biləcək müvəqqəti narahatlığa görə vətəndaşlardan üzr istəyirik.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.