Narkotik vasitə ilə tutulmuş Ə.Axundovun yaşadığı evə baxış zamanı oradan müvafiq sənədləri olmayan ov tüfəngi və 19 ədəd patron aşkar edilərək götürülüb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsi əməkdaşları tərəfindən narkotik vasitə ilə tutulmuş Ə.Axundovun yaşadığı evə baxış zamanı oradan müvafiq sənədləri olmayan "B" modelli yivsiz ov tüfəngi və 19 ədəd patron aşkar edilərək götürülüb.
Milli.Az