Ölkə

Aprel ayı üzrə müavinət, təqaüd və kompensasiyaların ödənişi başa çatdı

21 Aprel 2020 17:38
2 Şərh     Baxış: 1 262
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Aprel ayı üzrə müavinət, təqaüd və kompensasiyaların ödənişi başa çatıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Milli.Az-a bildirilib ki, nazirlik yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən aprel ayı üzrə bütün müavinət, təqaüd və kompensasiyaların ödənişi başa çatdırılıb.

Aprelin 20-də Bakının Səbail, Yasamal, Binəqədi, Nəsimi, Qaradağ rayonları, eləcə də Abşeron rayonu və respublikanın digər şəhər və rayonları üzrə 553 818 nəfərə, bu gün, aprelin 21-də isə paytaxtın Nizami, Nərimanov, Xətai, Xəzər, Pirallahı, Sabunçu və Suraxanı rayonları üzrə 162 682 nəfərə müavinət, təqaüd və kompensasiya ödənilib.

Beləliklə, 716 500 nəfərə qeyd edilən sosial təminat növləri üzrə ödənişlər edilib.
Xatırladaq ki, aprel ayının bütün pensiya ödənişləri də bu ayın 8-15-də həyata keçirilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.