Ölkə

Azərbaycanda 6 həkim koronavirusa yoluxub

15 Aprel 2020 18:31
Baxış: 2 689
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycanda 6 həkim koronavirusa infeksiyasına yoluxub.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu bu gün keçirilən mətbuat konfransında Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.

R.Bayramlının sözlərinə görə, Cəlilabad Xəstəxanasında 10 nəfər həkimin koronavirusa yoluxması barədə yayılan xəbərlər həqiqətə uyğun deyil:

"Həmin xəstəxanada bir həkim və bir nəfər də tibb işçisi virusa yoluxmuşdu".

TƏBİB rəsmisi əlavə edib ki, başqa bir xəstəxanada isə təsərrüfat işçisinin virusa yoluxması müəyyən edilib və o, karantinə götürülüb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.