Onlayn yolla narkotik və psixotrop maddələr satan daha bir narkokuryer saxlanıldı - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən növbəti uğurlu əməliyyat tədbiri nəticəsində ölkə ərazisinə gətirilən külli miqdarda yüksək təsiredici xassəyə malik narkotik vasitə və psixotrop maddələrin realizə edilməsinin qarşısı alınıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, Baş İdarəyə İrandan Azərbaycana narkotik vasitələrin keçirildiyi və narkotiklərin Tərlan adlı şəxs tərəfindən götürülərək satış məqsədi ilə respublikanın müxtəlif bölgələrinə aparılacağı barədə əməliyyat məlumatı daxil olub.
Polis əməkdaşları tərəfindən dərhal həmin şəxsin tutulması istiqamətində zəruri əməliyyat tədbirləri həyata keçirilib. Peşəkarlıqla həyata keçirilən əməliyyat nəticəsində həmin şəxs, Lənkəran sakini Tərlan Əhədov Sumqayıt şəhəri ərazisində saxlanılıb. Onun üzərində şəxsi axtarış aparılan zaman 137,114 qram narkotik vasitə heroin aşkar edilərək götürülüb. Əməliyyat tədbirlərinin davamı olaraq onun Sumqayıt şəhərində yerləşən evinə baxış zamanı 5 kiloqram 25 qram heroin, 800 ədəd metadon həbi, 365 qram tiryək, 89,482 qram metamfetamin, 1 ədəd "Falcon sport" markalı tapança və ona aid 7 ədəd parton aşkar olunaraq götürülüb.
Araşdırma zamanı müəyyən edilib ki, Tərlan Əhədov İran vətəndaşı şəxsiyyəti istintaqa məlum olmayan "Əli" adlı şəxslə cinayət əlaqəsinə girərək külli miqdarda narkotik vasitələrin Azərbaycana gətirilməsini təmin edib. Həmin şəxslə "Whatsapp" ani mesajlaşma şəbəkəsi vasitəsi ilə əlaqə saxlayan T.Əhədov narkotik vasitələri əldə edəndən sonra İran vətəndaşının qeyd etdiyi yerlərə aparmalı imiş.
Qeyd edək ki, Tərlan Əhədov bir neçə dəfə həmin şəxsin vasitəsi ilə bu yolla narkotik vasitələrin Azərbaycana gətirilməsində iştirak edib.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Tərlan Əhədov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib əməliyyat tədbirləri davam etdirilir.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Ali rütbə alan İsmayılov bu tanınmış şəxsin qardaşıdır
-
Biran Damla Yılmaza 6 ay həbs cəzası verildi
-
Əməkdar artistin oğlu və gəlini belə görüntüləndi - (Video)
-
Üç yaşlı uşağa zorakılıq edən ögey ata saxlanıldı
-
Surxay Hüseynli vəfat etdi
-
Ağstafada fəhlələri daşıyan mikroavtobus aşıb, 4 nəfər xəsarət alıb - (Foto)
XƏBƏR LENTİ
-
Mədəni irsin qaytarılması gündəliyi: Gəncə qapıları üçün də ədalət vaxtıdır
-
Bakıdakı investisiya forumunda iqtisadiyyatın şaxələndirilməsi və Orta Dəhlizin rolu müzakirə olunur
-
Türkiyənin "Adriana Lima"sı saxlanıldı - (Foto)
-
Ali rütbə alan İsmayılov bu tanınmış şəxsin qardaşıdır
-
İnklüziv çoxtərəflilik milli suverenliyin qorunması və iqtisadi tərəqqi üçün vacibdir - Ceyhun Bayramov - (Foto)
-
Biran Damla Yılmaza 6 ay həbs cəzası verildi
-
Ödəniş kartlarının sayına tətbiq edilən yeni yanaşmanın məqsədi açıqlanıb
-
Ceyhun Bayramov İƏT Nazirlər Şurasının iclasında Azərbaycan-Ermənistan sülh prosesindən danışıb - (Foto)
-
“Sabah”ın dörd ev oyunu üçün VIP biletlərinin qiyməti açıqlandı
-
Əməkdar artistin oğlu və gəlini belə görüntüləndi - (Video)
-
"Mançester Siti" Premyer Liqadan kənarlaşdırıla bilər
-
Ceyhun Bayramov Nyu-Yorkda TDT iclasına sədrlik etdi - (Foto)
-
Polşa futbolunun əfsanəsi “Qarabağ”dan ayrıldığına görə Koxalskini tənqid etdi
-
Prezident İlham Əliyev Qazaxıstan Prezidentinə başsağlığı verib
-
Üç yaşlı uşağa zorakılıq edən ögey ata saxlanıldı
-
Surxay Hüseynli vəfat etdi
-
Ağstafada fəhlələri daşıyan mikroavtobus aşıb, 4 nəfər xəsarət alıb - (Foto)
-
Məhkəmə Afət Fərmanqızının xeyrinə qərar verdi
-
Prezident İlham Əliyevin qəbul etdiyi “Neuberger Berman” şirkəti hansı sahədə fəaliyyət göstərir?
-
Zakir Həsənov "Birliyin Gücü - 2026" birgə hərbi təlimini izləyib - (Foto/Video)
-
Holdinqlərdə transformasiya: "Atalar və oğullar" dilemması necə həll edilə bilər?
-
Müavinət və təqaüd alanlara şad xəbər
-
"Tələsməyə ehtiyac yoxdur"
-
“Zərərli xarici təsirlərə və saxta xəbərlərə qarşı sayıqlığın artırılmasına dəstək” layihəsi çərçivəsində BDU tələbələri ilə görüş keçirilib - (Video/Foto)





