Ölkə

Təbiətə ziyan vuran şəxs cəzalanıb

7 Aprel 2020 18:59
0 Şərh     Baxış: 639
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşlarının keçirdiyi növbəti reyd zamanı İsmayıllı rayonu ərazisində Göyçay çayının yatağında icazəsiz qazıntı işlərinin aparıldığı aşkar edilib.

Nazirliyin mətbuat xidmətindən Milli.Az-a bildirilib ki, araşdırma zamanı qazıntı işlərinin İsmayıllı şəhər sakini Süleyman Süleymanova məxsus qum-çınqıl karxanası tərəfindən aparıldığı və yataqayırma hüdudundan kənarda qanunsuz qarışıq suxur və qumun götürüldüyü müəyyən olunub.

Faktla bağlı karxananın sahibi S.Süleymanov barəsində akt, protokol tərtib olunub və ona 10974 manat məbləğində cərimə tətbiq edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.