Ölkə

Milli Məclisin deputatlarının “WhatsApp” qrupu yaradılıb

2 Aprel 2020 15:03
Baxış: 1 242
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli Məclisin deputatlarının "WhatsApp" qrupu yaradılıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, "Deputat 2020" adlı "WhatsApp" qrupunun yaradılması Milli Məclisin plenar iclaslarının internet vasitəsilə keçirilməsi istiqamətində atılan addımlardan biridir.

Qeyd edək ki, Milli Məclisin martın 30-da keçirilən plenar iclasında parlamentin plenar iclaslarının internet vasitəsilə keçirilməsi üçün Milli Məclisinin Daxili Nizamnaməsinə dəyişiklik edilib.

Dəyişiklikdə qeyd olunur:

"Karantin tətbiq edilməsi, sanitariya-epidemioloji və bu kimi digər tədbirlərlə əlaqədar Milli Məclis sədri 42 deputatın tələbi əsasında Milli Məclisin iclaslarının, həmçinin komitə və komissiya iclaslarının müəyyən dövr üçün real vaxt rejimində internet vasitəsilə keçirilməsi barədə sərəncam qəbul edir. Real vaxt rejimində keçirilən iclaslarda səsvermə deputatların gücləndirilmiş elektron imzaları vasitəsilə həyata keçirilir".

Təklif birinci oxunuşda səsə qoyularaq qəbul edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.