Ölkə

Dövlət dili normalarını pozanlar min manatadək cərimələnəcəklər

1 Aprel 2020 18:31
0 Şərh     Baxış: 1 575
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dövlət dili normalarını pozanlar cərimələnəcək.

Milli.Az-ın APA-ya istinadən məlumatına görə, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə 533-1 maddəsi təklif olunur.

Layihəyə əsasən, kütləvi informasiya vasitələrində, internet informasiya resurslarında və reklam daşıyıcılarında dövlət dili normalarının pozulmasına görə fiziki şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç yüz manatdan dörd yüz manatadək məbləğdə, hüquqi şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə ediləcək. 

Layihə Milli Məclisin növbəti plenar iclasında müzakirəyə çıxarılacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.