Ölkə

Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının sayı azaldılıb

23 Mart 2020 18:54
0 Şərh     Baxış: 1 271
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Martın 28-dək Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının sayı azaldılıb.

"Azərbaycan Dəmir Yolları" QSC-nin Mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, sərnişin tələbatını nəzərə alaraq, martın 24-dən martın 28-i də daxil olmaqla, Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının sayında dəyişiklik edilir.

Sərnişinlərin nəzərinə çatdırırıq ki, həmin tarixlərdə Bakıdan saat 17:00, 18:30 və 19:55-də yola düşən qatarlar, Sumqayıtdan isə Bakıya saat 17:45, 18:45 və 19:30 - da qayıtmalı olan qatarların hərəkəti ləğv olunur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.