Ölkə

DOST Agentliyi Koronovirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürdü

23 Mart 2020 17:09
0 Şərh     Baxış: 756
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

DOST Agentliyi Koronovirusla Mübarizəyə Dəstək Fonduna 100 000 manat vəsait köçürüb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Milli.Az-a bildirilib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə koronavirusa (COVID-19) qarşı həyata keçirilən kompleks və məqsədyönlü tədbirlərə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dayanıqlı və Operativ Sosial Təminat - DOST Agentliyi də öz dəstəyini göstərib.

DOST Agentliyi dövlət başçısının Fərmanı ilə yaradılmış Koronovirusla Mübarizəyə Dəstək Fonduna 100 000 manat vəsait köçürüb.

Agentliyin kollektivi əmindir ki, qlobal pandemiyanın respublikamızda yayılmasının qarşısının alınması üçün dövlətimiz tərəfindən aparılan ciddi proflaktik və preventiv tədbirlər öz uğurlu nəticəsini verəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.